UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində strateji hədəfləri müzakirə olunub

UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində strateji hədəfləri müzakirə olunub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov UNEC İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun (İAETİ) əməkdaşları ilə görüşüb.
Görüşdə rektor professor Ədalət Muradov UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində qarşıya qoyulan strateji hədəflərdən danışıb. Həmçinin bu sahədə İAETİ-nin gördüyü işlər və gələcək fəaliyyəti barədə müzakirələr aparıb.
Müzakirələrdə ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına elmi dəstək, “Web of Scıence”, “Scopus”da çap olunan məqalələrin sayının və istinadlarının artırılması, beynəlxalq elmi əməkdaşlıq, qrant layihələri xüsusi olaraq vurğulanıb. Eləcə də qarşıya qoyulan hədəflərə nail olmaq baxımından İAETİ-nin işinin təkmilləşdirilməsi barədə institutun alimləri tərəfindən təkliflər səsləndirilib.

Tehsil-press.az


Oxşar xəbərlər