Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna əsgərlərinin təlim keçdiyi Yorkşirdəki hərbi təlim düşərgəsini ziyarət edib.
Düşərgədə təlim keçən ukraynalı əsgərlərlə görüşən Conson çoxlu sayda hərbi texnika ilə poza verdikdən sonra əl qumbarası atıb.
Sosial media hesabında əsgərlərlə təlimlərə qatıldığı anların görüntüsünü paylaşan Baş nazir “Önümüzdəki 4 ayda təxminən 10 min insana təlim keçmək istəyirik. Bilirəm ki, sonda Ukrayna xalqı və Ukrayna qüvvələri uğur qazanacaq. İngiltərənin indiyə qədər etdiyi yardımlara görə fəxr edirəm. Amma bu, daha çox Ukrayna qoşunlarının cəsarəti və qəhrəmanlığı sayəsində olur”qeyd edib.
Tehsil-press.az