UNEC-də tədris olunacaq yeni fənlərin kitabları artıq KİM-in elektron kitabxanasına yerləşdirilib

UNEC-də tədris olunacaq yeni fənlərin kitabları artıq KİM-in elektron kitabxanasına yerləşdirilib 2022-2023-cü tədris ilinin payız semestrində tədris olunacaq yeni fənlər üzrə rəqəmsal iqtisadiyyat, təchizat zəncirinin idarə edilməsi, tullantısız istehsal prosesləri və tullantıların təkrar emalı, insan-kompüter interfeysi, rəqəmsal kartoqrafiya və coğrafi informasiya sistemləri, kibercinayətlər və digər sahələrə dair Azərbaycan, türk və ingilis dillərində kitablar artıq Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin (KİM) elektron kitabxanasında mövcuddur.
Kitabları https://library.unec.edu.az/ səhifəsinə daxil olub, “Şəxsi kabinet”in istifadəçi adı və şifrəsini qeyd edərək onlayn şəkildə oxumaq mümkündür.
Eyni zamanda, elektron kitabxanadakı nəşrlərin bir çoxunu UNEC-in müxtəlif tədris binalarının kitabxanalarından əldə etmək olar.

Tehsil-press.az

Oxşar xəbərlər