Yeni layihə: UNEC kitabxanalarında ən çox oxunanlar

Yeni layihə: UNEC kitabxanalarında ən çox oxunanlar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi “UNEC kitabxanalarında ən çox oxunanlar” adlı yeni layihəyə start verib.
Layihənin məqsədi universitetin oxu zalları və kitabxanalarında ən çox mütaliə edilən kitabların tanıdılması və geniş ictimaiyyətə çatdırılmasıdır.
Layihə çərçivəsində UNEC-də ən çox oxunan maraqlı kitablar barədə videoçarx təqdim olunacaq. Videoçarxda tələbələr UNEC-də tədris edilən müxtəlif ixtisaslar üzrə dərslik, dərs vəsaitləri, eləcə də şəxsi inkişafla bağlı kitablar, sosial-psixoloji məzmunlu nəşrlər, yerli və dünya ədəbiyyatı nümunələri barədə məlumat verəcəklər.
Kitablarla daha yaxından tanış olmaq istəyənlər UNEC kitabxanalarına müraciət edə bilər.

Tehsil-press.az


Oxşar xəbərlər