UNEC-in kitabxana fonduna türk dilində 150-dək yeni kitab əlavə olunub

UNEC-in kitabxana fonduna türk dilində 150-dək yeni kitab əlavə olunub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinə mövcud ixtisaslar üzrə dünyanın aparıcı mütəxəssislərinin türk dilində 150-yə yaxın kitabı daxil olub.
Kitablar “Nobel”, “Beta”, “Seçkin”, “Papatya”, “Kodlab”, “Sidas” kimi nüfuzlu nəşriyyatlarda çap edilib.
Nəşrlər rəqəmsal biznes, “smart” idarəetmə, maliyyə, mühasibat, mikro və makro iqtisadiyyat, idman iqtisadiyyatı, mühəndislik, proqramlaşdırma və kompüter şəbəkələri, elektron dizayn, rəqəmsal marketinq, özünü inkişaf, əmək və əməyin mühafizəsi, sosial xidmətlər və s. mövzuları əhatə edir.
UNEC-də tədrisin türk dilində də həyata keçirildiyini nəzərə alsaq, müvafiq sahələr üzrə təhsilalanlar, tədqiqatçı və professor-müəllim heyəti üçün həmin kitablar faydalı mənbə hesab edilir.
Kitablarla yaxından tanış olmaq istəyənlər UNEC-in tədris binalarında yerləşən kitabxanalarına müraciət edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər