DİM: 20 nəfər TOEFL iBT imtahanı verib

DİM: 20 nəfər TOEFL iBT imtahanı verib Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.
İmtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 20 nəfər iştirak edib. İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.
İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının iyulun 30-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər