On üç nəfər TOEFL iBT imtahanı verib

On üç nəfər TOEFL iBT imtahanı verib Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında TOEFL iBT imtahanı keçirilib.
İmtahanda 1 əcnəbi olmaqla 13 nəfər iştirak edib. İmtahan müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.
İmtahan binasına daxil olanların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib.
İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının aprelin 9-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı Mərkəzin saytından əldə etmək olar.

Tehsil-press.az


Oxşar xəbərlər