Dövlət İmtahan Mərkəzinin Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında TOEFL iBT imtahanı keçirilib. Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan verənlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanda 5 nəfər iştirak edib. Onlar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının dekabrın 11-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.
Tehsil-press.az