Dövlət İmtahan Mərkəzində növbəti TOEFL iBT imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində növbəti TOEFL iBT imtahanı keçirilib Dövlət İmtahan Mərkəzində (DİM) noyabrın 11-də TOEFL iBT imtahanı keçirilib.
İmtahan mərkəzi Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binada müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib.
İmtahanda 11 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə TOEFL iBT Test Mərkəzi DİM-dir.
Növbəti TOEFL iBT imtahanının dekabrın 2-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər