Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib Dövlət İmtahan Mərkəzində (DİM) yanvarın 22-də TOEFL iBT imtahanı keçirilib.
İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə edilib və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanda 1 əcnəbi olmaqla 17 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının fevralın 12-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/

Tehsil-press.az


Oxşar xəbərlər