"ABŞ və müttəfiqləri Ukraynada illik hərbi dəniz təlimlərini ləğv ediblər, lakin Bolqarıstanın Qara dənizində manevrlər həyata keçirirlər".
Bu sözləri ABŞ Hərbi Dəniz Qüvvələrinin Avro-Afrika komandanlığının mətbuat katibi Tamara Lourens deyib.
O, “Sea Breeze 2022” təlimlərinin Ukraynadakı hərbi əməliyyatlara görə ləğv olunduğunu bildirib.
Keçən həftədən Bolqarıstanın Varna limanı yaxınlığında keçirilən təlimlərdə NATO-ya üzv on ölkədən 24 hərbi gəmi, beş təyyarə, dörd helikopter və 1400-ə yaxın hərbçi iştirak edir.
Ukrayna “Sea Breeze-2022” sərgisinə 60-dan çox ölkə və beynəlxalq təşkilatı dəvət edib. Yanvarda Odessada 20 ildən artıqdır davam edən təlimin planlaşdırılması üçün “ilkin konfrans” keçirilib. Keçən il "Sea Breeze"ə NATO üzvü olan 17 ölkədən və alyans tərəfdaşlarından 32 hərbi gəmi, 40 təyyarə və 5000 hərbçi cəlb edilib.
Tehsil-press.az