Ukraynada məcburi hərbi çağırış 2023-cü ildən ləğv ediləcək

Ukraynada məcburi hərbi çağırış 2023-cü ildən ləğv ediləcək Ukraynada məcburi hərbi çağırış 2023-cü ildən ləğv ediləcək. NATO-ya üzv olmaq yolunda belə bir addım atılmalıdır.
Bu barədə yerli KİV-ə müsahibəsində Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının rəhbəri Aleksandr Kornienko bildirib.
Onun sözlərinə görə, Prezident Vladimir Zelenski tərəfindən imzalanan hərbi strategiya tədricən həyata keçirilməyə başlanılıb. Bu islahatlara məcburi çağırışın ehtiyatda olan xidmətlə əvəzlənməsi də daxildir.
“Bu, artıq 2023-cü ildən mümkündür. Hərbi çağırış məntəqələrində də islahat aparılacaq. Bütün bu islahatlar NATO-ya üzvlük planı ilə əlaqəli olduğu üçün gözlənilir. Hərbi islahat davamlı olaraq aparılacaq”,- deyə Aleksandr Kornienko əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər