Jurnalistika üzrə qabiliyyət imtahanları respublikanın 9 şəhər və rayonunda təşkil ediləcək

Jurnalistika üzrə qabiliyyət imtahanları respublikanın 9 şəhər və rayonunda təşkil ediləcək Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 31-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq imtahanda 703 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Tehsil-press.az


Oxşar xəbərlər