DİM: Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri yaxın günlərdə elan olunacaq

DİM: Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri yaxın günlərdə elan olunacaq Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.
İmtahan nəticələri yaxın günlərdə - yazı işlərinin yoxlanılması prosesi başa çatdıqdan sonra elan olunacaq.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər. Həmin abituriyentlər nəticələr elan olunduqdan sonra ixtisas seçimi etməlidirlər.

Tehsil-press.az



Oxşar xəbərlər