DİM: Bakalavrların imtahan verəcəyi yer onun faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur

DİM: Bakalavrların imtahan verəcəyi yer onun faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur Fevralın 20-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda ümumilikdə 71 imtahan binasında aparılacaq.
Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabineti”ndə qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Tehsil-press.az


Oxşar xəbərlər