Ağ Ev yaxınlığında insanları ildırım vurdu - Ölənlər var

Ağ Ev yaxınlığında insanları ildırım vurdu - Ölənlər var ABŞ-da Ağ Ev ilə üzbəüz yerləşən “Lafayette Park” ərazisində ildırım çaxması ölümlə nəticələnib.
İki nəfər - Viskonsin ştatından olan yaşlı cütlük aldığı xəsarətlərdən ölüb.
Yaralanan digər iki qurbanın vəziyyəti barədə isə hələlik məlumat verilmir.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer hadisə ilə bağlı açıqlama verib:
““Lafayette Park”da baş verən insan itkisinə görə kədərlənirik. Yaxınlarını itirən ailələrlə birlikdə yas tutur, həyat uğrunda mübarizəyə davam edənlər üçün dua edirik”.

Tehsil-press.az



Oxşar xəbərlər