Pakistanda leysan yağışlar azı 10 nəfərin həyatına son qoydu

Pakistanda leysan yağışlar azı 10 nəfərin həyatına son qoydu Pakistanın Pəncab əyalətində leysan yağışların törətdiyi bir neçə bədbəxt hadisə nəticəsində azı 10 sakin həlak olub və azı 3 nəfər xəsarət alıb.
Onun məlumatına görə, ildırım çaxması zamanı Pəncabın Okara şəhərində dam uçub, nəticədə səkkiz nəfər, o cümlədən dörd uşaq ölüb və üç nəfər xəsarət alıb.
Həmçinin bildirilir ki, əyalətin digər hissəsində bir nəfər üzərinə evin hasarı aşması nəticəsində həyatını itirib. Daha bir kişi ildırım vurmasından ölüb.

Tehsil-press.az

Oxşar xəbərlər