Bu gün Aşuradır

Bu gün Aşuradır Bu gün Aşura qeyd olunur.
Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dindarlara müraciət edərək xatırladıb ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və s. şəriətə görə icazəli deyil.
Son illər məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi isə ən münasib əzadarlıq nümunələrindən biridir. Bu il də humanist ənənə davam etdirilərək qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn xatirinə həyat bəxş edəcəklər.
Bundan əlavə, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” Qanununa uyğun olaraq, dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Xüsusilə son günlər pandemiyanın artım tendensiyasını nəzərə alaraq, məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır.
Avqustun 8-də ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində qanvermə aksiyası keçiriləcək.
Qeyd edək ki, avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.

Tehsil-press.az


Oxşar xəbərlər