Anomal istilər və quraqlıq İtaliyanın kənd təsərrüfatı sektoruna 6 milyard avro ziyan vurub

Anomal istilər və quraqlıq İtaliyanın kənd təsərrüfatı sektoruna 6 milyard avro ziyan vurub İtaliyada müşahidə olunan anomal istilər və quraqlıq səbəbindən kənd təsərrüfatı sektoruna təxminən 6 milyard avro ziyan dəyib.
Ölkədə cari il may ayının ortalarından etibarən müşahidə olunan anomal istilər və yağıntının miqdarının azalması səbəbindən son 70 ilin ən şiddətli quraqlığı qeydə alınıb. İtaliyanın ən böyük çayı olan Poda suyun səviyyəsi isə bəzi yerlərdə 10 faizə düşüb.
İtaliyanın Milli Araşdırma Şurasının İqlim və Atmosfer İnstitutunun məlumatına görə, ilk 7 ay ərzində qeydə alınan yüksək temperatur fonunda cari il ölkə tarixində ən isti il ola bilər. Belə ki, iyul ayında ölkədə havanın temperaturu orta göstəricidən 2,26 dərəcə yüksək olub. Cari ilin yanvar-iyul aylarında qeydə alınan temperatur göstəricisi 1800-cü ildən bəri qeydə alınan orta göstəricindən 0,98 dərəcə yüksək olub.

Tehsil-press.az




Oxşar xəbərlər