2022-ci il İspaniyada yanğın üzrə bütün antirekordları qırıb

2022-ci il İspaniyada yanğın üzrə bütün antirekordları qırıb 2022-ci il həm yanğınların sayına, həm də yanmış ərazilərin sahəsinə və zərərçəkmiş əyalətlərin sayına görə hazırkı yüzillikdə İspaniyada baş vermiş yanğınlar üzrə bütün antirekordları qıracaq.
Meşə yanğınları barədə Avropa informasiya sisteminə (EFFIS) əsasən, 2022-ci ilin yanğınlar mövsümü ölkədə bu əsrdə ən pis ilə çevriləcək.
İyulun 3-dən bəri İspaniyada bir gün belə aktiv yanğınsız ötüşmür. Bu il 47 əyalətin hərəsində azı bir yanğın baş verib. Yalnız Alikante, Mursiya və Biskayya əyalətlərin hələ ki, zərər çəkməyib.
İqlim dəyişmələri ilə bağlı təbii yanğınların sayı həddini aşır. Avqustun 6-dək 30 hektardan çox sahədə 368 yanğın baş verib, halbuki son 15 il ərzində ilin bu dövrü üçün orta hesabla 98 yanğın qeydə alınıb. Bu, hətta tam il üçün orta göstəricini (172 yanğın) ikiqat üstələyir.
2022-ci il, həmçinin yanmış hektarlarla sahənin sayı üzrə də rekord vurub. Avqustun 6-dək yanğınlar 240 min hektar sahəni məhv edib. Bu göstərici əsrin əvvəlindən bəri orta hesabla tam il üçün göstəricidən (67 min hektar) 4 dəfə çoxdur.
EFFIS-ə görə, bütün yanğınlar nəzərə alınmaqla bu il avqustun 10-na olan vəziyyətə əsasən, İspaniyada 250 min hektar ərazi yanıb. Samora şəhərində (Kastiliya və Leon) yanğınlar daha dağıdıcı olub: 69 min hektar ərazi, yəni əyalətin sahəsinin 6,5 faizi məhv olub.
İspaniyada yanğınlar nəticəsində iki nəfər həlak olub, azı 58 nəfər zərər çəkib, 24 min nəfər təxliyə edilib.
Avropa İttifaqının Yer kürəsinin müşahidəsi üzrə proqramına (“Copernicus”) əsasən, dağıdıcı təbii yanğınların əmələ gətirdiyi quraqlıqdan daha çox əziyyət çəkən ölkə yenə də İspaniya olub. Yanmış torpaqların təqribən 40 faizi bu ölkənin payına düşür.

Tehsil-press.az




Oxşar xəbərlər