İspaniyada son 2 ayda ilk yaşandı

İspaniyada son 2 ayda ilk yaşandı İspaniyada martın 12-dən sonra ilk dəfə son sutka ərzində koronavirusdan ölənlərin sayı 100-dən az olub.
Son 24 saat ərzində ölkədə 87 ölüm halı qeydə alınıb. Həmçinin son sutka ərzində 1 214 nəfərdə koronavirus aşkarlanıb.
Qeyd edək ki, İspaniyada ümumilikdə 277 719 yoluxma, 27 650 ölüm halı qeydə alınıb. Tibb müəssisələrində 54 121 pasiyentin müalicəsi davam etdirilir, onlardan 1 208-nin vəziyyəti ağır qiymətləndirilir. 195 945 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər