İran Aİ-nin nüvə sazişini yeniləmək layihəsinə cavab verdi

İran Aİ-nin nüvə sazişini yeniləmək layihəsinə cavab verdi İran Aİ-nin nüvə sazişini yeniləmək layihəsinə cavab verib.
Belə ki, Tehran Aİ-yə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpasına dair təklif olunan saziş layihəsi ilə bağlı rəsmi cavab göndərib.
Verilən cavabda əsasən iqtisadi qarşılıqlı fəaliyyətlə bağlı sanksiyalar və təminatlara dair həll olunmamış məsələlər əksini tapıb. Son bir neçə ay ərzində İran ardıcıl olaraq tələb edirdi ki, müqavilənin yenilənməsindən iqtisadi fayda əldə edəcəyinə dair zəmanət verilsin.
Yüksək rütbəli Qərb rəsmisinin verdiyi məlumata görə, İranın cavabında Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən təhqiqat barədə heç bir əlavə tələb yoxdur. Bu təhqiqat keçmişdə İranın müxtəlif obyektlərində müfəttişlər tərəfindən aşkar edilmiş çoxsaylı nüvə materiallarının izlərinin araşdırılmasını nəzərdə tutur.
Tehran təhqiqata etiraz edir və təkid edir ki, nüvə sazişi yalnız BAEA bu təhqiqatı birdəfəlik bağlayacağı təqdirdə bərpa oluna bilər.

Tehsil-press.az



Oxşar xəbərlər