İran Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinin Əlavə Protokolundan ayrılacağını elan edib.
Bunu İranın BMT yanında daimi təmsilçisi, səfir Kazım Qərib Abadi deyib.
O bildirib ki, ölkəsi sözügedən müqavilədən fevralın 23-də çıxacaq və artıq bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat veriblər:
“İranda nüvə fəaliyyətlərini sürətləndirəcək qanun fevralın 23-də qüvvəyə minəcək. Yeni prosesə zamanında, problemsiz bir keçidə nail olmaq üçün bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat verdik”.
Qeyd edək ki, İran Məclisi nüvə alimi Möhsün Fəxrizadənin ötən ilin noyabrın 27-də öldürülməsindən sonra nüvə fəaliyyətlərini sürətləndirməyi hədəfləyən “Sanksiyaların Ləğvi və İran Xalqının Mənafelərinin Qorunması üçün Strateji Fəaliyyət Planı” qanununu qəbul etmişdi.
Tehsil-press.az