Etibar Pirverdiyevi tam dörd il öncə məhz bu ayda - 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki "Azərbaycan İstilik Elektrik Stansiyası”nda baş vermiş qəza ölkəni əməlli-başlı silkələmişdi. Qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşanmış, Bakı və Gəncə də daxil olmaqla 39 şəhər və rayonunun elektrik enerjisi kəsilmiş, dövlətə və əhaliyə böyük ziyan dəymişdi.
O zaman Azərbaycanı zülmətə qərq edən qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə elə həmin gün ölkə Prezidenti tərəfindən Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılmışdı. Azərbaycan Prezidenti tərəfindən Dövlət Komissiyasına təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə hadisənin baş vermə səbəblərini araşdıraraq obyektiv rəy hazırlanması və gələcəkdə belə halların təkrarlanmaması üçün təkliflərin verilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsinə dair tapşırıqlar verilmişdi.
Həmin vaxt ölkənin elektriklə təminatına məsul olan “Azərenerji”nin rəhbərliyi Mingəçevirdəki İES-də baş vermis qəzanın "yayın çox isti keçməsi və nəticədə kondisionerlərdən çox istifadə olunması" ilə əlaqəli olduğunu bildirmişdi.
İki gün davam edən enerji böhranından sonra Prezident İlham Əliyev iyulun 4-də keçirdiyi müşavirədə bu səbəbi qəbul etməmiş və bildirmişdi ki, "ölkənin enerji sektoruna yüksək məbləğdə investisiya qoyulub və isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz".
Həmin müşavirədə İlham Əliyev "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevi danlamışdı.
"Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz", - dövlət başçısı belə demişdi.
O zamankı baş prokuror Zakir Qaralov da müşavirədəki çıxışında ittihamları birbaşa "Azərenerji"yə yönəldərək demişdi: "Son üç ildə "Azərenerji"yə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qurum bu barədə tədbirlər görməyib”.
Zakir Qaralov bildirmişdi ki, məsələni araşdırmaq üçün Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifədən sui-istifadə etmə və səhlənkarlıq maddələri ilə cinayət işi qaldırılıb.
Gözləmək olardı ki, Zakir Qaralovun qeyd etdiyi cinayət işi üzrə əsas cavabdeh kimi Etibar Pirverdiyev məsuliyyətə cəlb olunacaq… Amma bu, baş vermədi…
Baş nazirinin birinci müavini Yaqub Eyyubovun sədri olduğu Dövlət Komissiyası isə qəzanın baş vermə səbəblərini araşdırandan sonra müvafiq rəy hazırlayaraq Azərbaycan Prezidentinə təqdim etmişdi.
Hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunmuşdu.
Prezident İlham Əliyev Dövlət Komissiyasının yekun rəyi ilə tanış olandan sonra 4 sentyabr 2018-ci il tarixində işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad etmişdi.
Etibar Sinabəddin oğlu Pirverdiyev 23 iyun 1964-cü il tarixində Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olub.
1983-1987-ci illərdə Rusiyada Kalmıkov adına Taqanroq Radiotexnika İnstitutunda təhsil alıb.
İxtisasca mühəndis-elektrikdir.
1988-1991-ci illərdə Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda, Bakı Qazan-Mexaniki Zavodunda müxtəlif vəzifələrdə çalışıb.
2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Özəlləşdirilmiş səhmdar cəmiyyətlərində dövlət payının tənzimlənməsi şöbəsinin rəisi, «Bakıelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifələrində işləyib.
Azərbaycan Prezidentinin 27 noyabr 2001-ci il tarixli sərəncamı ilə "Azərenerji" ASC-nin prezidenti təyin edilib.
4 sentyabr 2018-ci ildə "Azərenerji" ASC prezidenti vəzifəsindən azad edilib.
Ailəlidir, 3 övladı var.
Etibar Pirverdiyevə yaxın mənbələrin bildirdiyinə görə, "Azərenerji"nin keçmiş prezidenti hazırda biznes fəaliyyətilə məşğuldur. O, bu fəaliyyəti həm Azərbaycanda, həm də Rusiyada həyata keçirir. E.Pirverdiyevin biznesinin müxtəlif sahələri əhatə etdiyi bildirilir. Məsələn, onun elektrik avadanlıqlarının satışı ilə məşğul olan ticarət obyektlərini, tikinti sektorundakı bəzi şirkətlərdə payının, bir sıra iri heyvandarlıq təsərrüfatlarınun olduğu qeyd edilir.
Tehsil-press.az