32 şagird olan məktəb avtobusu yaşayış evinə çırpılıb

32 şagird olan məktəb avtobusu yaşayış evinə çırpılıb Ohayo və İndiana ştatlarının sərhədi yaxınlığında yerləşən Kollec-Korner şəhərindəki ibtidai məktəbin yaxınlığında məktəb avtobusu yaşayış evinə çırpılıb.
Hadisə yerinə gəlmiş polis əməkdaşlarının sözlərinə görə, qəza zamanı avtobusda 32 şagird olub.
Kollec-Kornerin yanğındanmühafizə xidmətinin rəisi Don Ceksonun sözlərinə görə, bütün uşaqlar avtobusdan çıxarılıb və tibbi müayinə üçün yerli kilsəyə aparılıb. Yüngül xəsarət almış iki məktəbliyə tibbi yardım göstərilib.
Hakimiyyət nümayəndələrinin sözlərinə görə, sürücü 55 yaşlı Stiven Poskonun ürəyi dayanıb və təcili yardım xidmətinin əməkdaşları hadisə yerinə gələndə sürücü huşsuz vəziyyətdə olub. Avtobusun qabaq hissəsi zədələnib və evin eyvanının altında ilişib qalıb. Yunion dairə şerifinin xidməti bildirib ki, xilasedicilər sürücünü oturacaqdan qaldırıb və ürək-əzələ reanimasiyasına başlayıblar. Sürücünü İndiana ştatındakı Riçmond Reyd xəstəxanasına çatdırıblar. Onun vəziyyəti ağırdır.

Tehsil-press.az



Oxşar xəbərlər