“Britaniya əsgərləri öz yaxınlarını potensial müharibə riskləri barədə xəbərdar etməklə Rusiya ilə münaqişəyə hazırlaşmalıdırlar”.
Bunu Böyük Britaniya ordusunun zabiti Pol Karni deyib. Onun sözlərinə görə, krallıq hazırda qüvvələrini Moskva ilə qarşıdurmaya hazırlayır:
“Mən istəyirəm ki, hamımız fiziki cəhətdən döyüşə hazır olduğumuzu yoxlayaq. Bizim yoxluğumuzda çox çətin rolu olacaq yaxınlarımızı və ailələrimizi hazırlamağımız da vacibdir. Yaxınlarınızın ehtiyac duyduqları dəstəyi almasına əmin olun”.
İngilis zabitinin fikrincə, əsgərlər Rusiya ilə qarşıdurma üçün "Şərqə" köçürülə bilər. Britaniyalı general Riçard Dannat da Karninin fikrini dəstəkləyərək bunu ağlabatan adlandırıb.
“Bu o demək deyil ki, ordu Ukraynaya getmək üzrədir, lakin sülh dövründə istənilən ordunun vəzifəsi həyatın bütün aspektlərində müharibəyə hazırlaşmaqdır. Britaniya əsgərlərinin baş verə biləcəklər barədə realist olması tamamilə ağlabatandır”, - deyə Dannatt qeyd edib.
Tehsil-press.az