Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasından olan bir qrup deputatı prezident Vladimir Zelenskini Rusiya ilə diplomatik münasibətləri kəsməyə çağırıb.
bəyanat layihəsi millət vəkili Boqdan Yaremenko tərəfindən “Facebook”da paylaşılıb.
“Biz sülhpərvər insanlarıq. Ancaq təəssüf ki, qonuşlar sülh istəyənlərə deyil, müharibəyə hazır olanlara hücum edirlər”, - deyə millət vəkili qeyd edib.
Müraciətdə Rusiya rəsmilərinə və KİV-ə qarşı da ittihamlar səsləndirilib.
Zelenskidən Rusiya ilə diplomatik münasibətləri kəsərək Ukraynaya ABŞ və Britaniya hərbi kontingentini dəvət etmək tələb olunur. Bundan əlavə, NATO-ya ölkədə gəmi əleyhinə, zenit və raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinin təklif olunması istənilir. Deputatlar prezidentdən ehtiyatda olanları Ukrayna Silahlı Qüvvələrinə çağırmasını və səfərbərlik elan etməsini də istəyirlər.
Yaremenkonun təşəbbüsü "Xalqın xidmətçisi"nin rəhbərliyi ilə razılaşdırılmayıb, yalnız bir neçə deputat tərəfindən dəstəklənib.
"Yaremenkonun açıqlaması fraksiya və ya partiyanın deyil, ayrı-ayrı deputatların mövqeyidir" - deyə fraksiya rəhbərinin müavini Yevgeni Kravçuk sənədi şərh edərkən bildirib.
Tehsil-press.az