Zaxarova Duqinanın ölümündə “Ukrayna izi” görür

Zaxarova Duqinanın ölümündə “Ukrayna izi” görür Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalist və politoloq Darya Duqinanın qətlindən yazıb.
Zaxarova Teleqram kanalında yaydığı bəyanatda qətldə “Ukrayna izi”nin ola biləcəyini istisna etməyib:
“Əgər bu hadisədə “Ukrayna izi” versiyası təsdiqlənərsə, onda Kiyevin dövlət terrorizmi siyasətindən danışmaq lazımdır”.
Zaxarova bildirib ki, belə bir fərziyyənin legitimliyini təsdiqləmək üçün “zorakılığa siyasi çağırışlardan tutmuş Ukrayna dövlət strukturlarının cinayətdə iştirakına qədər” kifayət qədər sübutlar toplanıb.

Tehsil-press.az


Oxşar xəbərlər