Moskvadan Putinin təhqir olunmasına iki sözlük - Reaksiya

Moskvadan Putinin təhqir olunmasına iki sözlük - Reaksiya Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstanda müxalif “Rustavi-2” televiziya kanalında yayımlanan “Postskriptum” proqramında aparıcı Giorgi Qabunianın monoloqunda Prezident Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlətməsinə münasibət bildirib.
Zaxarova qalmaqala reaksiyasında sadəcə iki sözdən istifadə edib.
“Gürcülərin bədbəxtçiliyidir...”, - deyə qurum rəsmisi vurğulayıb.
Xatırladaq ki, Gürcüstanın hökumət rəsmiləri baş vermiş hadisəni dövlət əleyhinə təxribat kimi qiymətləndiriblər. Kanal rəhbərliyi rəsmən üzr istəyib, əməkdaşlar müvəqqəti olaraq işi dayandırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər