Rusiyalı jurnalist Darya Duqinanın qətlinin üstü açılıb

Rusiyalı jurnalist Darya Duqinanın qətlinin üstü açılıb Tanınmış filosof və ictimai xadim Aleksandr Duqinin qızı, jurnalist və politoloq Darya Duqinanın qətlinin üstü açılıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
FTX-nin məlumatına görə, jurnalistin qətlini 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Vovk törədib. Hadisədən sonra o, Estoniyaya gedib.
İstintaq materiallarına əsasən, Natalya Vovk bu ilin iyulunda qızı Sofiya Şaban ilə birlikdə Rusiyaya gəlib. Hadisə günü Vovk Aleksandr Duqin və qızı Darya Duqinanın da iştirak etdikləri festivalda olub. Duqinanın “Toyota Land Cruiser Prado” markalı avtomobilinə yerləşdirilmiş uzaqdan idarə olunan partlayıcı qurğunu işə salandan sonra Natalya Vovkun qızı ilə birlikdə Pskov vilayətindən keçərək Estoniyaya getdiyi bildirilir.
Təhqiqat materialları Rusiya İstintaq Komitəsinə verilib.
Xatırladaq ki, avqustun 20-də axşam tanınmış filosof və ictimai xadim Aleksandr Duqinin qızı, jurnalist və politoloq Darya Duqinanın avtomobili Moskva vilayətində yolda hərəkətdə olarkən partlayıb. Partlayışdan sonra baş verən yanğın nəticəsində avtomobil yararsız hala düşüb. Sükan arxasında olan Darya Duqina həlak olub.
Darya Duqina atasının rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Hərəkatının siyasi şərhçisi idi.

Tehsil-press.az




Oxşar xəbərlər