Niyə fikrimizi dəyişmək bizim üçün bu qədər çətindir?

Niyə fikrimizi dəyişmək bizim üçün bu qədər çətindir? Neyrofiziklər özünün və ya başqasının fikrini dəyişmək üçün nəzərə alınmalı olan üç amili müəyyən ediblər.
Adi görünən bir söhbətin genişmiqyaslı qalmaqala səbəb ola biləcəyi vəziyyətlə hər kəs tanışdır: müzakirə iştirakçılarının hər biri öz nöqteyi-nəzərinə sadiq qalaraq, həqiqət sübut edilmiş olsa belə, yeni faktları qəbul etməkdən qəti şəkildə imtina edir. “Inverse”in yazdığına görə, alimlərin fikrincə, məlumatlar, təəssüf ki, çox vaxt insanların mühakimələrinə təsir göstərə bilmir.
Konnektikut Universitetinin neyrofizikləri tədqiqatlar zamanı bizi fikrimizi dəyişməkdə müqavimət göstərməyə vadar edən bir neçə amili müəyyən ediblər.
Alimlərin açıqladığı ilk amil həm də “inadkarlığın əqidəsi” adlandırılan koqnitiv qərəzdir. Psixoloqların fikrincə, hər kəs koqnitiv qərəzliyin, formalaşmış əqidələri təhdid edən sübutları qəbul etməməyin qurbanı ola bilər.
İkinci amil informasiyanın təkidli ifadə edilməsi hesab olunur – yəni bu bizim əqidəmizin yanlış olduğunu ehtimal edir. Sosial şəbəkələr, xəbərlər və ya şəxsi söhbətlər olsun belə - biz təhlükə hiss edirik və hərtərəfli müdafiəyə keçirik.
Üçüncü amil arqumentlərin təkrarlanmasıdır. Sübut olunub ki, təkrar ifadələr nə qədər doğru və ya yalan olmasından asılı olmayaraq, bizim tərəfimizdən daha doğru olanlar kimi qəbul edilir.
Tədqiqat nəticəsində alimlər mübahisədə “qazanmağa” və həmsöhbətin fikrini dəyişməyə və ya ən azından bunun doğru olmadığı barədə düşünməyə kömək edəcək bir neçə məsləhət verirlər. Birincisi, qarşıdurmaya getmək məsləhət deyil - əgər həmsöhbət özünə qarşı təhlükə hiss etməyəcəksə, bu, ona yeni məlumatları daha yaxşı qavramağa imkan verəcək. İkincisi, faktları ifadə edərkən həmsöhbətə ona səhv məlumat verildiyini və ya onun məlumatsız olduğunu söyləməyin. Üçüncüsü, rəqibə onun inandığına şübhə etməyə məcbur edəcək bir neçə sual verməyə çalışın. Yeri gəlmişkən, bu məsləhətlər ideal bir düstur deyil və onların mübahisədə qalib gəlməyə kömək edəcəyinə dair heç bir zəmanət yoxdur, lakin uğur şansları artacaq.

Tehsil-press.az



Oxşar xəbərlər