Böyük Britaniyanın Nottingem Universitetinin fizika və astronomiya məktəbinin alimləri kainatın fırlanması barədə fərziyyəni araşdırırlar. Məktəbin elmi işçisi Daniel Saade deyib: “Bu fərziyyə, bizim hesablamalarımızı necə aparacağımızdan, verilənləri necə təhlil etməyimizdən asılıdır”.
Alimlər kainat haqqında bu fərziyyələrin və onun fundamental fizikasının doğru olmasını görmək, onları yoxlamaq üçün müşahidələrin nəticələrini toplayıblar. Onlar kosmik mikrodalğa fonundan olan işıqdan istifadə ediblər. Bu, Böyük partlayışdan 380 min il sonra şüalanan, hazırda müşahidə edilə bilən ən qocaman işıqdır və kainatı öyrənənlər üçün informasiya xəzinəsidir.
Bu barədə məlumat https://www.astronews.ru saytında yer alıb. Məlumatda bildirilir ki, bu işıqlar bütün istiqamətdə təxminən eynidir. Lakin kainatın tarixi, məzmunu və həndəsəsindən təsirlənərək cəmi mindəbir qədər fərqlənən, çox da böyük olmayan temperatur dəyişməsi var. Bu fərqləri ölçərək kainatın fırlanmasını iddia edən alimlər onun hər hansı formada deformasiya olduğunu görə bilərlər.
Tədqiqatçılar müəyyən ediblər ki, mikrodalğa fonunda olan işıq kainatın fırlanmasını sübut edən dəlilləri göstərmir. Eyni zamanda, tədqiqatlarda göstərilib ki, Kainat 95 faiz bircinsdir, yəni böyük miqyasda o, hər yerdə eynidir. Bu nəticə, çətin ki, dəyişsin.
“Biz həqiqətən o ideya ilə başladıq ki, kainatın mərkəzindəyik. Düşünürəm ki, bu, doğrudan da maraqlıdır, yəni biz nə qədər xırda və nəzərə alınmayan ölçüdəyik”, - deyə Saade qeyd edib.
Tehsil-press.az