Oksford Universiteti meymunçiçəyi xəstəliyinin müalicəsi üzərində işə başlayıb

Oksford Universiteti meymunçiçəyi xəstəliyinin müalicəsi üzərində işə başlayıb Oksford Universiteti meymunçiçəyi xəstəliyinin müalicəsi üzərində işə başlayıb.
COVID-19-un müalicəsi üzərində işləyən “RECOVERY” adlı araşdırma qrupu dünyada meymunçiçəyi xəstəliyinin müalicəsi üçün ilk təcrübəni həyata keçirəcəyini açıqlayıb. Britaniya hökuməti tərəfindən maliyyələşdirilən, büdcəsi 4,35 milyon dollar olan eksperiment PLATINUM adlandırılıb.
Təxminən 500 iştirakçı 14 gün ərzində gündə iki dəfə, tecovirimat və ya plasebo (antiviral dərman) qəbul edəcəklər.
May ayından bəri dünyada meymunçiçəyinə 40 mindən çox yoluxma halı qeydə alınıb. Bunun 35 faizindən çoxu ABŞ-ın payına düşür. Böyük Britaniyada isə 3000-dən çox insan meymunçiçəyi xəstəliyinə yoluxub.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi ilə əlaqədar qlobal fövqəladə vəziyyət elan edib.

Tehsil-press.az



Oxşar xəbərlər