Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinə 3 ixtisas üzrə tələbə qəbulu aparılır.
Fakültədə 5 kafedra, 1 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bakalavriat səviyyəsində geologiya, geologiya və geofizika mühəndisliyi, mədən mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlanır.
Geologiya ixtisası üzrə məzunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji-Kəşfiyyat Xidmətinin idarələri, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, müvafiq elmi-tədqiqat institutları, “AzerGold” QSC-nin mədənləri, “Azerbaijan International Mining Company Limited” şirkətinin mədənləri, “Azərsu” ASC-də və digər yerli və xarici şirkət və təşkilatlarda mühəndis-geoloq kimi çalışa bilərlər.
BDU-nun geologiya və geofizika mühəndisliyi ixtisasını bitirən məzunlar filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının axtarış-kəşfiyyatı və hasilatı ilə məşğul olan mütəxəssislərdir. Onlar “Azerbaijan International Mining Company Limited” şirkətinin mədənləri, AzerGold” QSC-nin mədənləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji-Kəşfiyyat Xidmətinin ekspedisiyaları, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, müvafiq elmi-tədqiqat institutları, Respublika Seysmoloji Mərkəzi, SOCAR, BP şirkətlərində, sənaye və mülki tikinti obyektlərinin ərazisində mühəndis-geoloji işləri aparan təşkilatlarda və “Azərsu” ASC-də mühəndis-geoloq kimi çalışa bilərlər.
Mədən mühəndisliyi perspektivli və hərtərəfli bir ixtisasdır. Son dövrlərdə ölkəmizdə bir sıra yerli və xarici şirkətlər geniş miqyasda filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının, xüsusilə qızıl, mis, gümüş, dəmir, sement, gil və digər mineral xammalın istismarı ilə məşğul olur. Bu baxımdan yaxın 50 ildə bu ixtisas üzrə kadrlara ehtiyac duyulur. Mədən mühəndisliyi ixtisasını bitirən məzunlara faydalı qazıntı yataqlarının kəşfiyyatı, istismarı və işlənilməsi ilə məşğul olan “AzerGold” QSC, “Azerbaijan International Mining Company Limited” şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji-Kəşfiyyat Xidməti, SOCAR, “Azərsu” ASC və s. kimi müəssisələrdə ehtiyac olur.
Tehsil-press.az