BDU-nun tələbələri Azərbaycan Geologiya Muzeyində

BDU-nun tələbələri Azərbaycan Geologiya Muzeyində Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin bir qrup tələbəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Geologiya Muzeyində olub.
Muzeyin direktoru Kəmalə İmamverdiyeva eksponatlar haqqında tələbələrə ətraflı məlumat verib. Bildirilib ki, muzey 1969-cu ildə görkəmli geoloq İvan Sitkovskinin şəxsi kolleksiyası əsasında təşkil edilib. Həmin tarixdən etibarən ölkə geoloqlarının elmi tədqiqat işləri zamanı tapdıqları müxtəlif daşlar sistemləşdirilərək xüsusi bölmələrə yerləşdirilib.
Prezident İlham Əliyev muzeyin strukturunun müasir tələblər səviyyəsində qurulmasına daim böyük əhəmiyyət verir.
Geologiya Muzeyində Azərbaycandan və dünyanın müxtəlif yerlərindən olan eksponatlar qorunur. Burada Antarktida, Sakit okean, Kola yarımadası, Uzaq Şərq, Afrika, Cənubi Amerikadan eksponatlar yer alıb. Bundan başqa, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə dünyanın müxtəlif zirvələrinə Azərbaycan-Antarktida, Azərbaycan-Afrika və Azərbaycan-Cənubi Amerika elmi ekspedisiyaları təşkil edilib. Həmin yerlərdən əldə olunan daşlar da muzeydə nümayiş olunur.
Muzeyin əsas fəaliyyət istiqaməti geoloji-kəşfiyyat işlərinin təbliği və təşviqidir.

Tehsil-press.az

Oxşar xəbərlər