2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün avqustun 8-dən 14-dək ixtisaslaşma seçimi aparılır.
Bu barədə məlumat “Magistr” jurnalının 6-cı sayında verilib. Bildirilib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistraturasının geologiya mühəndisliyi (neft-qaz-mədən geologiyası), hidrogeologiya mühəndisliyi (hidrogeologiya), geofizika mühəndisliyi (neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları) ixtisaslaşmaları üzrə boş qalan yerlərə qəbul elan edilib. Bu ixtisaslaşmalara qəbul əyani formada Azərbaycan bölməsində aparılır. Hidrogeologiya mühəndisliyi (hidrogeologiya) ixtisaslaşması üzrə qəbul ödənişli əsasla aparılır.
Rus bölməsində geofizika mühəndisliyi (neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları) ixtisaslaşması üzrə əyani formada qəbul aparılır. Azərbaycan və rus bölmələri üzrə birgə geologiya mühəndisliyi (neft-qaz-mədən geologiyası) ixtisaslaşması üzrə (tədris ingilis dilində) qəbul elan edilib.
Xatırladaq ki, boş qalan yerlərə qəbul fevralın 20-də və mayın 29-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Tehsil-press.az