Geologiya və Geofizika İnstitutunda Azərbaycanın geoloji-təbiət irsinə aid kitab və atlasların nəşri və geniş auditoriyaya çatdırılması istiqamətində ardıcıl işlər davam etdirilir. Son illər ərzində institutda “Dünya palçıq vulkanlarının atlası” (Azərbaycan, rus, ingilis dillərində), “Azərbaycanın dördüncü dövr (kvarter) sisteminin paleontoloji atlası”, “Azərbaycanın filiz yataqlarının atlası”, bir neçə kollektiv monoqrafiya – “Azərbaycan Respublikasının geoloji irsi”(Azərbaycan, rus, ingilis dillərində), “Azərbaycanın geoloji irsi: Naxçıvan diyarı”, “Azərbaycanda geologiya elmi” (ingilis dilində) və digər fundamental əsərlər nəşr edilib.
Bu istiqamətdə növbəti iş - institutun təşəbbüsü və Nazirlər Kabinetinin göstərişi ilə alimlərin tərtib etdiyi müxtəlif təyinatlı kartoqrafik materiallar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Bakı Kartoqrafiya Fabrikinə təqdim olunub. Bunlardan “Qarabağın təbii ehtiyatları atlası” (miqyas 1:770000) xüsusi maraq doğurur. Atlasın işlənib hazırlanmasına Geologiya və Geofizika İnstitutunun alimləri ilə yanaşı, Coğrafiya, Botanika, Zoologiya institutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri cəlb ediliblər.
Geologiya və Geofizika İnstitutu Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli bildirib ki, atlasda Qarabağın dağlıq və düzən ərazilərinin geoloji quruluşu və faydalı qazıntı ehtiyatları, seysmikliyi, relyef və geomorfologiyası, iqlim və aqroiqlim şəraitləri, yeraltı və səth suları, torpaq və torpaq ehtiyatları, bitki örtüyü, heyvanlar aləmi, landşaftlar üzrə təyinatlı xəritələr, inzibati rayonların yeni məlumatlarla zənginləşdirilmiş mükəmməl ümumcoğrafi xəritələr yer alıb. Həmçinin bir neçə yeni xəritə – faydalı qazıntı yataqları, metal və qeyri-metal xammalın minerageniyası, təbiət abidələri, oroqrafiya, çay şəbəkəsi, meşə örtüyü xəritələri də verilib. Yeni nəşr xüsusi üslubda tərtib edilib. Belə ki, oxucuların daha ətraflı məlumatlandırılması məqsədilə hər xəritə ayrılıqda Azərbaycan, ingilis, rus dillərində izahedici mətn ilə müşayiət olunur.
Alim qeyd edib ki, “Qarabağın təbii ehtiyatları atlası” regionla bağlı ilk sanballı kartoqrafik məlumat bazası olmaqla böyük praktik əhəmiyyətə malikdir. Şübhə yoxdur ki, sözügedən yeni xəritələr toplusu erməni işğalından azad olunmuş Qarabağ ərazilərinin bərpası və sosial-iqtisadi inkişafı istiqamətində geniş və məqsədyönlü işlərin həyata keçirilməsi üçün çox dəyərli vəsait kimi geniş istifadə ediləcək, orta məktəblərdə maarifləndirici vəsait kimi faydalı olacaq. Atlasın məzmunu regionun təbiət irsinin rəngarəngliyi barədə yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından da əhəmiyyətlidir.
Qeyd edək ki, “Qarabağın təbii ehtiyatları atlası” üzərində kartoqrafik işlərin bu ilin sonuna kimi başa çatdırılması, gələn ilin əvvəllərində isə nəşri planlaşdırılır.
Tehsil-press.az