“Taliban” hərəkatının nəzarətindəki hərbi qüvvələrin sayı hazırda 150 min nəfərdən ibarətdir.
Bu rəqəmi Əfqanıstanın müdafiə naziri Məhəmməd Yaqub Mücahid açıqlayıb.
“Milli ordunun sayı hazırda 150 min nəfərə çatır, onun formalaşdırılması prosesi davam edir. Ordunun sıralarının təmizlənməsi və yeni qüvvələrin yığılması üzrə iş aparılır. Bizim hər birində 3 minə yaxın hərbi qulluqçu olan səkkiz sərhəd briqadamız var və biz öz torpağımızın hər qarışını istənilən üsulla qoruyuruq”, - deyə o, bazar günü Kabildə keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bir illik idarəçilik dövründə taliblər 60-dan çox zədələnmiş helikopteri təmir etməyə və uçuşa hazırlamağa nail olub.
Naməlum pilotsuz uçuş aparatlarının Əfqanıstana hücumları mövzusuna toxunan Mücahid bəyan edib ki, qonşu ölkələr öz hava məkanlarından ABŞ-ın Əfqanıstana qarşı istifadə etməsinə yol verməməlidir.
Tehsil-press.az