“Taliban” nümayəndəsi qadınlarla bağlı qadağadan danışdı

“Taliban” nümayəndəsi qadınlarla bağlı qadağadan danışdı “”Taliban” döyüşçüləri zamanla ayaqlaşmağa hazırdır: qadınlara evdən təkbaşına çıxmağa icazə veriləcək, ancaq musiqi qadağan olunacaq”.
Bunu “The New York Times”a müsahibəsində hərəkatın nümayəndəsi Zabihulla Mücahid deyib.
“Musiqi islamda qadağandır. İnanırıq ki, insanlara təzyiq göstərmək əvəzinə, onları musiqi dinləməməyə inandıra biləcəyik. Taliblər onilliklər boyu davam edən müharibə nəticəsində məhv edilən ölkəni yenidən qurmaq və keçmişdə olanları unudaraq, gələcək yaratmaq istəyirlər”, - deyə mücahid bildirib.
Onun sözlərinə görə, dünya əbəs yerə qadınların tamamilə üzünün bağlanacağından narahatdır:
“Qadınlar gələcəkdə işlərinin başına qayıda biləcəklər. Evdən kişi olmadan çıxmaq qadağasına gəlincə, bu 3 gün və daha artıq davam edən səfərlərə aiddir. Məktəbə, ofisə, universitet və xəstəxanaya getməkdə sərbəst olacaqlar”.
Mücahid bununla belə hələlik qadınlara evdə oturmağı məsləhət görüb. Bunu “Taliban” döyüşçülərinin onlarla davranış qaydalarını öyrənmələri ilə əlaqələndirib.

Tehsil-press.az


Oxşar xəbərlər