Taliban necə qalib gəlir? Orduya ayrılan 2 trilyon hanı?

Taliban necə qalib gəlir? Orduya ayrılan 2 trilyon hanı? Səkkizinci vilayət Talibanın əlinə keçdiyi vaxtda həm Əfqanıstan, həm də ABŞ xalqı əfqan milli ordusunun yenidən qurulması üçün alınan 2 trilyon dolların hara xərcləndiyini bilməlidir.
Bu sözləri Pakistan informasiya naziri Fevad Hüseyn deyib.
“Necə olur ki, əfqan nazir və generallar milyarder olduğu halda əfqan xalqı yoxsulluq içərisindədir? Buna kim məsuliyyət daşıyır? Liderlərin korrupsioner olması milləti məhvə sürükləyir və Əfqanıstan da bunun bir nümunəsidir”, - deyə nazir bildirib.
Qeyd edək ki, ABŞ Konqresinin Tədqiqat Mərkəzinin hesabatına görə, bu ölkənin 2001-ci ildən bəri Əfqanıstana hərbi və qeyri-hərbi yardımlarının dəyəri 144 milyard dollardan çoxdur. Bundan əlavə, Avropa Birliyi (AB), Hindistan, Səudiyyə Ərəbistanı, eləcə də digər ölkə və təşkilatlar Əfqanıstana milyardlarla dollar yardım göndərib.

Tehsil-press.az



Oxşar xəbərlər