BDU-da əcnəbi tələbələrin qəbulu ilə bağlı görüş

BDU-da əcnəbi tələbələrin qəbulu ilə bağlı görüş Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları ilə Bakı Dövlət Universitetinin (BDU) müvafiq struktur nümayəndələri arasında görüş keçirilib.
Görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov təhsilin beynəlmiləlləşməsi, BDU-da təhsil alan əcnəbilərin təhsilinin təşkili məsələləri, əcnəbi tələbələrin sayının artırılması istiqamətində görülən işlərdən danışıb.
BDU-nun Tədrisin təşkili və idarə olunması mərkəzinin direktoru Elçin Məmmədov əcnəbi tələbələrin universitetə qəbulunun mərkəzləşdirilmiş sistem üzərindən aparılması ilə bağlı məlumat verib.
Görüşdə, həmçinin Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Pərvin Məşədi-zadə, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov və başqaları çıxış ediblər. Çıxışlarda əcnəbi tələbələrin təhsil alması, onların say və keyfiyyət göstəriciləri, əcnəbi məzunların fəaliyyət istiqamətləri və qazandıqları uğurlar, BDU-nun beynəlxalq rəqabətliliyinin artırılmasında, ölkədaxili və xarici reytinqinin yüksəlməsində əcnəbi tələbələrin rolu, Azərbaycan təhsilinin ixracyönümlülüyünun göstəriciləri geniş müzakirə olunub.

Tehsil-press.az




Oxşar xəbərlər