Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Beynəlxalq tələbə həftəsi” çərçivəsində universitetə yeni qəbul olunmuş əcnəbi tələbələr üçün maraqlı və yaddaqalan tədbirlər planı hazırlanıb.
Tədbirlər planında müxtəlif görüşlər, universitetdaxili tanışlıq, paytaxtda ekskursiyalar və s. silsilə tədbirlər nəzərdə tutulub.
İlk gündə rektorluqla əcnəbi tələbələrin görüşü keçirilib, onlara universitetin tarixi, fakültə və ixtisasları, beynəlxalq əlaqələri barədə geniş məlumat verilib. Bu gün isə əcnəbi tələbələr universitetin Heydər Əliyev Muzeyi və sərgi salonu ilə tanış olublar. Növbəti günlərdə tələbələrin paytaxtla tanışlığı, Bakının görməli, gəzməli yerlərinə səyahətləri planlaşdırılıb. Tədbirlərin sonunda əcnəbi tələbələr arasında “Bakını nə qədər tanıyırsınız?” yazı müsabiqəsi keçiriləcək.
“Beynəlxalq tələbə həftəsi” çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsidir.

AzMİU-nun Mətbuat Xidməti