BSU-nun əcnəbi tələbələri təhsil müəssisələrində sosial fəaliyyətə dair layihə çərçivəsində təlimdə olublar

BSU-nun əcnəbi tələbələri təhsil müəssisələrində sosial fəaliyyətə dair layihə çərçivəsində təlimdə olublar Bakı Slavyan Universitetinin (BSU) bir qrup əcnəbi tələbəsi Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində keçirilən təlimdə iştirak ediblər.
Təlim Azərbaycanda əcnəbi və yerli tələbələr arasında əlaqələrin qurulması və möhkəmləndirilməsi, əcnəbi tələbələrin iş imkanları və onların problemlərinin öyrənilməsi məqsədilə təşkil olunub.
Təlimdə əcnəbi tələbələrə peşəkar karyeraları üçün lazım olan düzgün yönləndirmə və təcrübə əldə etmək şansları ilə bağlı ətraflı məlumat verilib. Həmçinin tələbə hüquqları mövzusuna aydınlıq gətirilib, iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər