Böyük Britaniyanın Baş naziri Boris Conson Fransanın enerji şirkəti EDF tərəfindən Suffolk bölgəsində inşa ediləcək yeni “Sizewell C” Atom Elektrik Stansiyasına 700 milyon funt-sterlinq maliyyə dəstəyi verəcəklərini açıqlayıb.
Conson neft və təbii qaz qiymətlərində qlobal artıma səbəb olan Rusiya-Ukrayna müharibəsinin Böyük Britaniyada yeni nüvə istehsal gücünə ehtiyac olduğunu göstərdiyini bildirib.
Əvvəlki partiya liderlərini nüvə enerjisi ilə bağlı mövqelərinə görə tənqid edən Conson, hökumətinin Britaniyanın enerji təhlükəsizliyi strategiyasının “keçmişin xroniki səhvlərini düzəltmək və lazım olan uzunmüddətli qərarları qəbul etmək” olduğunu söyləyib.
“Biz “Sizewell C” AES ilə davam etməliyik. Buna görə də biz müqaviləyə 700 milyon funt-sterlinq qoyuruq ki, bu da parlamentdə son sərmayə mərhələsinə keçidə qədər geniş miqyaslı nüvə layihəsinin inkişafı üçün hökumət tərəfindən ayrılan 1,7 milyard funt-sterlinq vəsaitin yalnız bir hissəsidir”, - deyə Conson qeyd edib.
“Sizewell C” Atom Elektrik Stansiyasının Böyük Britaniyanın elektrik enerjisinə olan tələbatının təxminən 7 faizini təmin edəcəyi və 60 il işləyəcəyi proqnozlaşdırılır.
Tehsil-press.az