Britaniyada müdafiə xərclərini artırmaq təklif edilir

Britaniyada müdafiə xərclərini artırmaq təklif edilir Britaniyanın müdafiə naziri Ben Uolles Baş nazir Boris Consondan 2028-ci ilə qədər hərbi xərcləri və müdafiə büdcəsini artırmağı xahiş edib.
Uolles hərbi xərclər üçün ildə əlavə 10 milyard funt-sterlinq istəyir. Bundan əlavə, nazirin hökumət başçısından ölkənin illik müdafiə büdcəsini 2028-ci ilə qədər ÜDM-in 2 faizindən 2,5 faizinə çatdırmağı xahiş edəcəyi gözlənilir.
Nəşr qeyd edir ki, Uolles müraciətində həmçinin Böyük Britaniyanın müdafiə imkanlarında nəzərəçarpacaq çatışmazlıqlar olduğunu, o cümlədən pilotsuz təyyarələrin, pilotların və nüvə sualtı qayıqlarında xidmət edəcək insanların çatışmazlığını iddia edir.

Tehsil-press.az


Oxşar xəbərlər