Azərbaycan Dövlət İqtisad Universitetində “Soft skills” təlimlərinə başlanılıb

Azərbaycan Dövlət İqtisad Universitetində “Soft skills” təlimlərinə başlanılıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim və inzibati heyəti üçün UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən “Soft skills” (yumşaq bacarıqlar) təlimlərinə başlanılıb.
500 nəfərin qatıldığı təlimlər 4 müxtəlif modul - “Effektiv kommunikasiya” (Effective communication), “Vaxtın idarə edilməsi” (Time management), “Uğurlu komanda qurmaq” (Building a successful team) və “Problemlərin həlli metodları” (Problem solving methods) üzrə aparılır.
Təlimləri İsrailin və Azərbaycanın peşəkar müəllimləri keçirlər.

Tehsil-press.az


Oxşar xəbərlər