UNEC-də veb-proqramlaşdırma təlimlərinə başlanılıb

UNEC-də veb-proqramlaşdırma təlimlərinə başlanılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Vətən müharibəsi şəhidlərinə həsr olunan “Zəfər” adlı veb-proqramlaşdırma təlimlərinə start verilib.
Rəqəmsal iqtisadiyyat fakültəsi və “Coders Azerbaijan” veb-proqramlaşdırma mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimlər 1 ay müddətində ödənişsiz davam edəcək. Təlimlərin məqsədi tələbələrin texnologiya sahəsində inkişafı, onların gələcəkdə bu sahədə uğurlu olmalarına dəstək göstərməkdir.
Kursun sonunda yarış həftəsi təşkil olunacaq. İlk 3 yerin qaliblərinə diplom, pul mükafatı və “Coders Azerbaijan” tərəfindən endirim paketləri təqdim ediləcək. Layihənin bütün iştirakçılarına sertifikat veriləcək.
Birinci yer 150 manat + “Coders Azerbaijan” tərəfindən 500 manatlıq kupon, ikinci yer 100 manat + “Coders Azerbaijan” tərəfindən 300 manatlıq kupon, üçüncü yer 50 manat + “Coders Azerbaijan” tərəfindən 100 manatlıq kuponla mükafatlandırılacaq.
Müraciət edən 474 tələbə arasından 60 şanslı namizədlə 2 həftəni geridə qoymuş kursun tələbələri veb-proqramlaşdırma sahəsində bacarıqlarını hazırda inkişaf etdirirlər.

Tehsil-press.az



Oxşar xəbərlər