
TƏBİB-in məlumatına görə, ilkin tibbi yardım çantasında bu dərmanlar olmalıdır:
Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vasitələr:
- Analgin (yaxud əvəzedici),
- Portativ hipotermik (soyuducu) paket-konteyner,
- Natrium sulfasil məhlulu,
- Aspirin.
Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vasitələr:
- Özünə və qarşılıqlı yardım məqsədilə arterial qanaxmanı saxlamaq üçün tənzimlənən (təzyiqli) jqut,
- Steril və qeyri-steril bint,
- Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı sarğı,
- Steril tibbi sarğı paketi,
- Leykoplastr, bakterisid leykoplastr,
- Spirtdə 5 faizli yodun, yaxud 1%-li brilyant abısının məhlulu və s.
Ürək ağrılarına qarşı vasitələr:
- Nitroqliserin həbləri, yaxud kapsulası (trinitrolonq).
Ürəkgetməyə qarşı vasitə:
- Ammiak məhlulu (naşatır spirti).
Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vasitələr:
- Aktivləşdirilmiş kömür.
Qayçı (kütuclu).
Birdəfəlik istifadə üçün qeyri-steril tibbi əlcək.
İlk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası.
Tehsil-press.az