Ürəyimiz niyə gedir?..

Ürəyimiz niyə gedir?.. İlk yardımın məqsədi həkimə qədər olan zaman kəsiyində ağrıları azaltmaq, ağırlaşma və ya ortaya çıxa biləcək yanaşı xəstəlikləri qabaqlamaq və yaxşılaşmanı təmin etməkdir. İlkin tibbi yardım tələb edən vəziyyətlər medikal və travmatoloji olaraq ayırd edilir, müdaxilə yardım ehtiyacı duyan şəxsin vəziyyətinə görə müəyyənləşdirilir.
Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının qəbul şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim-kardioloqu Afiyəddin İsgəndərov ürəkgetməsi zamanı ilkin tibbi yardımın göstərilməsi və səbəbləri haqqında universitetin mətbuat xidmətinə bildirib.
Kardioloq deyib: "İnsanların təxminən 40 faizi ömrü boyu müəyyən səbəbdən ən az bir dəfə ürəkgetməsi ilə üzləşirlər. Ürəkgetməyə xəstəliklərlə yanaşı aclıq, uzun müddət ayaq üstdə qalmaq, fiziki yorğunluq kimi amillər də səbəb ola bilər. Bu hal adətən ani baş verir. Ürəkgetmə zamanı ilk müdaxilə xəstənin uzadaraq ayaqlarını ürək səviyyəsindən yüksəyə qaldırmaqdır. Ani ürək dayanmasından sonra ritmi bərpa olan xəstələr üzərində müdaxilənin əsas məqsədi tənəffüs yolunun qorunmasıdır. Belə xəstələrin yanı üstə uzadılması aspirasiya riski baxımından daha effektiv olduğu müəyyənləşdirilib. Əgər xəstə bu vəziyyətdə 30 dəqiqədən çox qalarsa, onu digər yanı üstə çevirmək lazımdır".

Təhsil-press.az

Oxşar xəbərlər