Azərbaycan Tibb Universitetinin təmsilçisi ictimai səhiyyəyə həsr olunan beynəlxalq seminarda iştirak edib

Azərbaycan Tibb Universitetinin təmsilçisi ictimai səhiyyəyə həsr olunan beynəlxalq seminarda iştirak edib Azərbaycan Tibb Universitetinin (ATU) ictimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilən seminarda iştirak edib.
Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional ofisinin təşkil etdiyi toplantı ictimai səhiyyə və ilkin səhiyyə xidmətlərinin regiona inteqrasiyası ilə bağlı məsələlərin müzakirəsinə həsr olunub.
A.Ağayevin sözlərinə görə, görüşün əsas məqsədi ilkin tibbi yardım sistemini yeni tətbiq etməyə başlayan yaxud bu dəyişikliyin astanasında olan üzv ölkələr üçün təhsil platformasının yaradılmasıdır. Tədbirdə ictimai səhiyyə və ilkin tibbi yardım üzrə ekspertlər milli səviyyədə yarana biləcək problemlərin həlli ilə bağlı müzakirələr aparıblar.
İnteraktiv seminar formatında keçirilən tədbirdə 30-a yaxın nümayəndə iştirak edib. Seminarda Azərbaycandan ATU ilə yanaşı, DST-nin ölkə üzrə nümayəndəsi Hande Harmançı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “TƏBİB”, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təmsilçiləri qatılıblar.

Tehsil-press.az






Oxşar xəbərlər